SHXÇDX-nin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2022-ci il 20 may tarixində, saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Şəmkir rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, SHXÇDX-nin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşların 17 may 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.
CATEGORIES Xəbərlər