SHXÇDX-nin rəisi Masallıda vətəndaşları qəbul edib

SHXÇDX-nin rəisi Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov noyabrın 24-də Masallıda Biləsuvar, Cəlilabad, Yardımlı və Masallı  rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 23 vətəndaşın müraciəti dinlənilib.

Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, eləcə də digər məsələlər ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Poliqon.az

CATEGORIES