SHXÇDX rəisi Salyanda vətəndaşları qəbul edəcək

SHXÇDX rəisi Salyanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 26 yanvar 2024-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Neftçala, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 18 yanvar 2024-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon və şəhər şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

CATEGORIES