SHXÇDX rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək

SHXÇDX rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 avqust 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan rayon və şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 11 avqust 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon və şəhər baş idarə, şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Poliqon.az

CATEGORIES