Şimali Koreya yeni gəmi əleyhinə raket kompleksini sınaqdan keçirib

Şimali Koreya yeni gəmi əleyhinə raket kompleksini sınaqdan keçirib

Şimali Koreya konstruktiv cəhətdən Sovet istehsalı X-35 ailəsinin raketlərinə bənzəyən “Padasuri-6” gəmi əleyhinə raketinin sınaq buraxılışlarını həyata keçirib.

“Poliqon” xarici KİV-lərə istinadən xəbər verir ki, fevralın 14-də günün birinci yarısında Şimali Koreya Şərq dənizinin şərq sahillərinə bir neçə qanadlı raket atıb.

Tədbir ölkə lideri Kim Çen Inın iştirakı ilə keçirilib. “Quru-dəniz” sinfinə aid raketin gələcəkdə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil ediləcəyi planlaşdırılır.

Buraxılan qanadlı raketin hədəfi uğurla vurana qədər Şərq dənizi üzərində təxminən 1400 saniyə uçduğu bildirilir.

Şimali Koreya yeni raketlə bağlı təfərrüatları açıqlamır. Bununla belə, konstruksiya və xarici görünüş nəzərə alınmaqla, bu, ilk dəfə nümayiş etdirilən “Kumsong-3” raketinin sonrakı inkişafıdır ki, hansı ki, öz növbəsində Sovet istehsalı X-35 raketinin surətidir.

Fevralın 14-də təqdim edilən “Padasuri-6” qanadlı raketi 8 nəqletmə-buraxma konteyneri üçün nəzərdə tutulmuş zirehli şassi üzərində yeni buraxma qurğusundan buraxılıb.

Uçuş vaxtını və ehtimal olunan 200+ km məsafəni nəzərə alsaq, raketin Sovet X-35U raketinin son modellərinin surəti olduğunu güman etmək olar. Modernləşmə zamanı “Padasuri-6” raketinin daha uzun uçuş məsafəsi, daha yaxşı tuşlams sistemi və ya döyüş başlığı da ala bilməsi də istisna edilmir.

Orijinal X-35U raketi 250 km(X-35UE raketinin ən müasir rus versiyasında 500 km) uçuş məsafəsinə malikdir və 150 ​​kq nüfuzedici döyüş başlığı daşıyır. Raket kerosinlə işləyən turboreaktiv aviasiya mühərriki ilə təchiz edilib və bunun sayəsində yolun marş hissəsində 900-1000 km/saat sürəti inkişaf etdirə bilir. Tuşlama üçün raket aktiv radiolokasiya özütuşlama başlığı, həmçinin peyk siqnalının korreksiyası ilə inersial sistemlə təchiz edilib. İnteqrasiya edilmiş radio hündürlükölçəni sayəsində o, düşmənin hava hücumundan müdafiə sistemlərini yan keçmək üçün çox aşağı hündürlüklərdə uça bilir.

Xatırladaq ki, Ukraynada da Sovet istehsalı X-35 raketinin əsasında RK-360MTs “Neptun” gəmi əleyhinə raket kompleksi yaradılıb və hazırda ən azı bir divizion tərkibində Hərbi Dəniz Qüvvələrinin silahlanmasındadır.

Əhəd Vahidoğlu

CATEGORIES