Şimali Koreyada “Hwasong-8” hipersəsli raketin sınaqları keçirilib

Şimali Koreyada “Hwasong-8” hipersəsli raketin sınaqları keçirilib

Xəbər verdiyimiz kimi sentyabrın 28-də Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən daha bir ballistik raketin sınağı keçirilib. Yaponiya rəsmiləri sınaq zamanı Yapon dənizinə düşən ballistik raketin Yaponiyaya qarşı təhdid xarakter daşıdığını bəyan edib.

“Poliqon”un məlumatına görə, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi KXDR Müdafiə Elmləri Akademiyasının yeni “Hwasong-8” hipersəsli raketinin sınaq buraxılışı haqqında açıqlama yayıb.

Bilirilib ki, 28 sentyabr tarixində Çaqando əyalətində yerləşən Toyanqri poliqonundan buraxılan “Hwasong-8” raketi qoyulan xüsusiyyətləri tam təsdiqləyib və sınaqların uğurlu olduğu qəbul edilib.

Rəsmi məlumatda “İlk sınaq buraxılışında milli müdafiə alimləri raketin aktiv hissəsindəki naviqasiya idarəetməsini və dayanıqlığını, həmçinin ayrılan hipersəs süzən başlığın idarə olunan manevr qabiliyyəti və süzmə xüsusiyyətləri də daxil olmaqla, texniki xüsusiyyətlərini təsdiqləyib”, – deyərək bildirilib.

Məlumdur ki, belə döyüş başlıqları zəif aşkarlanır və buna görə də Qərbdə mövcud olan hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemləri tərəfindən zəif tutulur. Bu inkişafın xüsusiyyətlərindən biri də, bortda ampulalı raket yanacağı saxlama sisteminin tətbiqidir. Bu, yanacaqla işləyən raketin uzun müddət növbətçi rejimində olmasına imkan verir ki, bununla da, döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırır, istismarı asanlaşdırır və daha təhlükəsiz edir.

Yaradıcıların fikrinə görə, da ABŞ-ın RƏM sisteminə təsirli şəkildə nüfuz edə biləcək yeni bir “Hwasong-8” raketi yaradılıb.

Qeyd edək ki, raketin buraxılmasını Cənubi Koreyada da təsdiqləyiblər. Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin (JCS – Joint Chiefs of Staff) məlumatına görə, raket 60 km yüksəklikdə təxminən 200 km məsafəni qət edib və sürəti səs sürətindən üç dəfə çox olub. Xatırladaq ki, hipersəs hesab edilmək üçün raket ən azı 5 Max sürət yığmalıdır.

S.koreya1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS