Xəbərlər

“Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir

İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib.

Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. Daha sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda olan xüsusi hədəfləri məhv etməkdə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqə iştirakçıları qarşıya qoyulan tapşırıqları yerinə yetirir.

41227f72c69a186c54e63e18a1b8f764

8402afe573f5bff3a9547b41e41decfc

Poliqon.az

Back to top button