AerospaceSənaye

Su-25 döyüş təyyarəsinin seriyalı istehsalı dayandırılır

Rusiyada sovet aviasiya sənayesinin məhsulu olan Su-25 döyüş təyyarəsinin istehsalının dayandırılması ilə bağlı qərar qəbul olunub.

“AzeriDefence”nin məlumatına görə, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib ki, Su-25 təyyarələrinin seriyalı istehsalı daha həyata keçirilməyəcək:

“Biz qərar vermişik ki, bu təyyarənin yalnız modernləşmə işləri həyata keçirilsin”. O, bunu daha modern təyyarələrin mövcudluğu ilə əsaslandırıb.

Xatırladaq ki, Su-25 döyüş təyyarəsinin ilk üçüşü 1975-ci ildə baş tutub. 1981-ci ildən isə Sovet Ordusunun silahlanmasına daxil olub. Təyyarənin seriyalı istehsalına 1978-ci ildən başlanılıb. Bu günə qədər 1300 Su-25 istehsal olunaraq, müxtəlif ölkələrin silahlanmasına verilib.

 

Back to top button