Təkmilləşdirilmiş T-64BM2 “Bulat” tankının atəş sınaqları tamamlanıb

Təkmilləşdirilmiş T-64BM2 “Bulat” tankının atəş sınaqları tamamlanıb

“Xarkov Zirehli tank zavodu” (XZTZ) tərəfindən təkmilləşdirilmiş T-64BM2 “Bulat” tankının sınaqları uğurla tamamlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə XZTZ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sınaqlar Xarkov vilayətində yerləşən poliqonda keçirilib. Sınaqlar zamanı T-64BM2 “Bulat” tankı ştat 125 mm-lik tank topundan bir sıra atışlar aparılıb.

Qeyd edək ki, T-64BM2 “Bulat” tankının təkmilləşdirilməsinin əsas xüsusiyyəti mühərrik və transmissiya ilə birlikdə yeni bir mühərrik və transmissiya bölməsinin quraşdırılmasıdır. Yəni, 850 at gücünə malik ştat 5TDFM müərrikinin əvəzinə 1000 at gücünə malik 6TD-1 dizel mühərriki quraşdırılıb.

Bu, maşının hərəkətliliyini və digər gediş və istismar xüsusiyyətlərini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə 45 tonluq bir maşının xüsusi gücü 18.9 ag/tondan 22.2 ag/tona qədər artıb. Müqayisə üçün qeyd etmək lazımdır ki,, Rusiya istehsalı T-90A tankında bu rəqəm 21,5 ag/ton təşkil edir.

Bu tapşırığı həyata keçirmək üçün “Xarkov Zirehli tank zavodu” tankın qabaq hissəsini genişləndirib. Əlavə etmək yerinə düşər ki, zavod işləri Ukrayna Silahlı Qüvvələrinin Mərkəzi Zirehli İdarəsinin rəhbərliyi altında mühərrik və transmissiya hissəsinin yığılmasına məsul olan “V.A.Malıshev adına zavod”la ilə birlikdə yerinə yetirir.

“Bulat” tankının bu təkmilləşdirilməsi son dərəcə vacibdir. Çünki həyata keçirilən tədbirlər “Krab” proqramı çərçivəsində T-64BV tankının təkmilləşdirilməsi ilə paralel yerinə yetirilən işlər nəzərə alınmaqla yerli tanklardakı mühərrikləri unifikasiya etməyə imkan verəcəkdir. Eyni zamanda, T-64BM2 “Bulat” tankından texnoloji həllər tamamilə “Krab” layihəsinə köçürülə bilər ki, bu da bu yaradılmanı sürətləndirməyə imkan verəcəkdir.

Eyni zamanda, bütün tankların Ukrayna istehsalı 6TD tipli mühərriklərə keçməsi, nəhayət, “Bulat” tankında maksimal imkanları həddində işləyən 5TDF mühərriki ilə əlaqəli problemi həll edəcək.

175721491 305021011123184 6252667244575782350 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS