
Tayland Hərbi Hava Qüvvələri İsveçin “Gripen E/F” qırıcılarını seçdi
Tayland Hərbi Hava Qüvvələri (HHQ) “Saab” şirkətinin istehsal etdiyi JAS-39 “Gripen E/F” qırıcısını özünün gələcək çoxməqsədli döyüş təyyarəsi kimi seçdiyini rəsmi olaraq təsdiqləyib.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, şirkət və İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) indi Tayland tərəfi ilə satınalma prosesinin növbəti mərhələlərinə keçəcəklər.
Qeyd olunub ki, hələlik “Saab” şirkəti bu təyyarələrin tədarükü üçün Taylandla heç bir müqavilə imzalamayıb və onlardan sifariş almayıb.
““Gripen E/F” qırıcıları və onlarla əlaqəli avadanlıqlarla yanaşı, “Saab”ın təklifinə uzunmüddətli ofset paketi də daxildir. Bu paket Taylandın milli təhlükəsizliyinə və strateji müstəqilliyinə töhfə verəcək, eyni zamanda ölkənin müxtəlif sektorlarında yeni iş yerləri və sərmayələr yaradacaq. Təfərrüatlar hələ müəyyən olunmayıb”, – deyə “Saab” tərəfindən bildirilib.
Həmçinin bax: Tayland İsveçin JAS-39 “Gripen” döyüş təyyarələri ilə maraqlanır