Tayvan ABŞ-dan raket kompleksləri alır

Tayvan, Silahlı Qüvvələri təchiz etmək və müdafiə qabiliyyətini yüksəltməkdən ötrü ABŞ-dan HIMARS və Haroon raket komplekslərini alır.
Bu barədə “Poliqon” Tayvan Respublikasının Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Mətbuat xidmətinin məlumatına görə, Foreign Military Sales (FMS) proqramı çərçivəsində ABŞ hökuməti ilə Lockheed Martin M142 HIMARS raket komplekslərinin və Boeing Harpoon Coastal Defense Systems (HCDS) sahil gəmi əleyhinə raket komplekslərinin partiyasının satın alınmasına dair müqavilələr imzalanıb.
Yerli müdafiə məsələləri üzrə mütəxəssislərinin fikrincə, bu silah sistemləri Tayvana qarşı müharibənin asimmetrik imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.
Məlumatda bildirilir ki, Harpun (HCDS) sahil gəmi əleyhinə raket komplekslərinin alınmasına dair müqavilə cari ilin 19 may tarixində, HIMARS raket sistemlərinin alınmasına dair müqavilə isə 1 iyun tarixində imzalanıb. Ancaq məlumatda alınan silahların dəqiq sayı açıqlanmamışdır. Məlum olan odur ki, HIMARS kompleksləri 2027-ci ilə qədər, HCDS kompleksləri isə 2028-ci ilə qədər Tayvan Silahlı Qüvvələrinə tədarük ediləcək.
Qeyd etmək lazımdır ki, 2020-ci ilin oktyabrında ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq Agentliyi ABŞ Konqresinə, FMS xətti ilə Tayvana Lockheed Martin HIMARS yer-hava raket sisteminin 11 ədəd M142 döyüş maşınlarını, 64 ədəd monoblok döyüş başlıqlı M57 ATACMS əməliyyat-taktiki raketlərini, tərkibinə 100 ədəd mobil buraxma qurğusu, 25 ədəd səyyar RLS və 400 ədəd Boeing RGM-84L-4 Harpoon Block II gəmi əleyhinə raketlər daxil olan 25 batareya Harpoon (HCDS) sahil gəmi əleyhinə raket kompleksi təchiz etmək niyyətində olması barədə bildiriş təqdim edib.
Əhəd Əzizov




