
Rusiyanın “Rostex” Dövlət Konserninə daxil olan “Şvabe” (Швабе) şirkəti termal kanalı olan yeni avadanlıq yaradıb.
“AzeriDefence”nin məlumatına görə, yeni məhsul ilk dəfə olaraq Rusiyanın Nijniy Taqil şəhərində keçirilən RAE-2015 sərgisində nümayiş olunub.
Avadanlıq ağ və qara videosiqnalları əldə edən elekto-optik monoblok təchiz edilib.
Qurğuda hədəfin icmalının verilməsi sistemi də var ki, bu da təyyarə, helikopter, o cümlədən yerüstü pilotsuz avadanlıqlarda istifadə edilə biləcək.
Yeni avadanlıq infraqırmızı diapazonda da şəkli müyyənləşdirə bilir.
Mütəxəssislər bildiriblər ki, avadanlıqdakı sistem termalvizion kanal vasitəsilə informasiya mübadiləsini həyata keçirə də biləcək.



