Tərtərdə mina hadisəsi baş verib

Tərtərdə mina hadisəsi baş verib

2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə “Poliqon”a Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

Poliqon.az

CATEGORIES