AerospaceManşet

“TurAz Qartalı – 2017” birgə taktiki təlimləri başa çatıb – FOTO

Sentyabrın 29-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri, Nurəddin Canikli Azərbaycanda keçirilən “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.

Təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətlərin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr müdafiə nazirləri tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin davamlı olaraq keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaqdır.

Tədbirdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlərin təlim ərazisində nümunəvi uçuşları həyata keçirilib. Təlimlərin bağlanış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə sona çatıb.

turaz45 копия e1506692555674

turaz51 копия e1506692619345

turaz44 копия e1506692541792

turaz43 e1506692526792

turaz40 копия e1506692493903

turaz46 копия e1506692565630

turaz50 копия e1506692607549

turaz49 копия e1506692595178

turaz48 копия e1506692586268

turaz47 копия e1506692575380

turaz41 1 e1506692515917

 

Back to top button