Xəbərlər

Türkiyə Azərbaycana ixrac edilən hərbi təyinatlı məhsulların rəqəmini açıqlayıb

Türkiyə müdafiə sənayesi şirkətlərinin ötən ilin may ayı ilə müqayisədə 2021-ci ilin eyni dövründə Azərbaycana ixracatı artıb.

“Poliqon”un məlumatına görə, 2020-ci ilin may ayında Türkiyə müdafiə sənayesi şirkətləri Azərbaycana 325 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

2021-ci ilin mayında isə bu rəqəm artaraq 18 milyon 573 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ilk beş ayı ərzində Türkiyədən Azərbaycana ixrac edilən hərbi təyinatlı məhsulların dəyərində də artım olub.

Belə ki, 2020-ci ilin yanvarın 1-dən mayın 31-ə qədər Türkiyədən Azərbaycana 9 milyon 120 min ABŞ dolları həcmində məhsul ixrac edilib. Cari ildə isə bu rəqəm artaraq 135 milyon 888 min ABŞ dollarına yüksəlib.

2020- ci il:

  • Yanvar – 62 min;
  • Fevral – 8.3 milyon;
  • Mart – 258 min;
  • Aprel – 172 min;
  • May – 325 min ABŞ dolları.

2021-ci il:

  • Yanvar – 39.7 milyon;
  • Fevral – 1.1 milyon;
  • Mart – 41 milyon;
  • Aprel – 35.3 milyon;
  • May – 18.5 milyon ABŞ dolları.

Poliqon.az

Back to top button