Xəbərlər

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edib.

“İki bədəndə bir can olduğumuz qardaş Azərbaycanın Respublika Gününü ürəkdən təbrik edir, Tək Vətən Hərəkatındakı zəfərlə birlikdə daha anlamlı hala gələn bu xüsusi gündə bütün Azərbaycan Türkü qardaşlarımızı salamlayırıq”, – deyə qeyd olunub.

Poliqon.az

Back to top button