Xəbərlər
Türkiyədə “Denizkurdu-2021” təlimi başlayıb

Türkiyə Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə keçirilən “Denizkurdu-2021” təlimi başlayıb.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən xəbər verir ki, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter, 14 pilotsuz uçuş aparatı (PUA) və 25 500 personalın qatıldığı təlim Egey və Aralıq dənizində keçiriləcək.
Təlimdə birlik və qruplar su üstü müharibə, sualtı müdafiə döyüşü, elektronik döyüş, sualtı qayıqdan personal xilasetmə əməliyyatları kimi ssenariləri icra edəcək.




