Xəbərlər

Türkiyənin Azərbaycana silah ixracı artan xətt üzrə inkişaf edir

Türkiyə müdafiə sənayesi şirkətləri Azərbaycana 2016-2020-ci illər ərzində 530,6 milyon ABŞ dolları dəyərində hərbi məhsul ixrac edib.

“Poliqon” xəbər verir ki, təkcə ötən il Türkiyədən Azərbaycana ixrac edilən hərbi təyinatlı məhsulların dəyəri 260.8 milyon ABŞ dolları olub.

Türkiyə müdafiə sənayesi sektorunun Azərbaycana ixracatı bundan öncəki illərdə – 2016-cı ildə 83,6 milyon; 2017-ci ildə 34,1 milyon; 2018-ci ildə 63,4 milyon; 2019-cu ildə 88,6 milyon ABŞ dolları təşkil edib.

2016-2020 illər aralığında Türkiyə dünya ölkələrinə ümumilikdə 10,4 milyard dollar dəyərində hərbi təyinatlı məhsul ixrac edib ki, bunun da əhəmiyyətli hissəsi ABŞ-ın payına (3,6 milyard dollar) düşür.

Aşağıda təqdim etdiyimiz diaqramda Türkiyənin Azərbaycana və digər ilk beşliyə düşən xarici ölkələrə 2016-2020-ci illər arasında ixrac etdiyi müdafiə təyinatlı məmulatlar milyon ABŞ doları ilə göstərilib.

Poliqon.az

Back to top button