Xəbərlər
Türkiyənin müdafiə sənayesi başqanı Azərbaycana səfərə gəlib

Türkiyənin müdafiə sənayesi (SSB) başqanı İsmail Dəmirin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
“Poliqon”un məlumatına görə, bu barədə SSB başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında bildirib.
SSB başqanı İsmail Dəmirin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.







