
Türkiyə Ermənistan Silahlı Qüvvələrini inspeksiya edəcək.
Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.
Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi çərçivəsində Türkiyənin rəhbərliyi altında oktyabrın 11-dən 14-dək keçiriləcək inspeksiyaya türkiyəli müfəttişlərlə yanaşı Slovakiyadan da bir mütəxəssis qatılacaq.




