Türkiyə müdafiə sənayesinin ixracatı 5 milyard dollara yaxınlaşır

Türkiyə müdafiə sənayesinin ixracatı 5 milyard dollara yaxınlaşır

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin noyabr ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin noyabrında 484.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il noyabr – 503.2 milyon ABŞ dolları) 2023-cü ilin noyabr ayında ixrac olunan məhsulların dəyəri azalıb.

Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari il üzrə hazırkı ixracı 4.8 milyard ABŞ dolları təşkil edir.

 

CATEGORIES
TAGS