Türkiyə Quru Qoşunları yeni radar və zirehli texnikaların qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları yeni radar və zirehli texnikaların qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları açıqlanmayan sayda yeni tank əleyhinə raket kompleksi ilə təchiz edilən zirehli maşınların və radar sistemlərinin qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd olunub ki, qəbul fəaliyyəti tamamlanan sistemlər arasında OMTAS orta mənzilli tank əleyhinə raket kompleksi ilə təchiz edilən zirehli tank qırıcıları və səyyar minaatan aşkarlama radarları yer alır.

CATEGORIES
TAGS