Türkiyədə “Albatros-Kamikaze” insansız katerinin sınaqlarına başlanılıb

Türkiyədə “Albatros-Kamikaze” insansız katerinin sınaqlarına başlanılıb

Türkiyədə “Albatros-Kamikaze” insansız katerinin təkmilləşdirilməsi ilə bağlı işlər sonuncu mərhələdədir.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin 2022-ci il üçün yayımladığı illik hesabatda məlumat yer alıb.

Məlumatda Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında ASELSAN və “Roketsan” şirkəti tərəfindən hazırlanan “Albatros-Kamikaze” insansız katerinin artıq sınaqlarının keçirilməsinə başlanıldığı bildirilib.

Qeyd edək ki, kamikadze tipli insansız kater olan “Albatros-Kamikaze” ilə bölmələrin dənizdəki hücum qabiliyyətinin artırılması hədəflənib.

Poliqon.az

CATEGORIES
TAGS