Türkiyədə ilk dəfə insansız katerdən torpedo atışı reallaşdırılıb

Türkiyədə ilk dəfə insansız katerdən torpedo atışı reallaşdırılıb

Türkiyədə ilk dəfə MİR insansız katerindən torpedo atışı həyata keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

SSB-nin rəhbərliyi altında ASELSAN şirkəti və “Sefine” tərsanəsi tərəfindən birgə hazırlanan MİR insansız kateri sualtı təhdidlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.

Buna baxmayaraq MİR kateri üzərinə inteqrasiya ediləcək müxtəlif silah və sistemlər sayəsində suüstü döyüş, elektron müharibə (EW), kəşfiyyat və müşahidə missiyalarını da yerinə yetirə bilər.

Avtonom idarəetmə qabiliyyətinə sahib MİR həm tək, həm də sürü halında tapşırıqları icra etmək imkanına malikdir. Onun uzunluğu 15 metr, eni 3.85 metr, ağırlığı 21 ton və faydalı yüş daşımaq bacarığı 4 tondur. Maksimum üzmə sürəti 35 knot təşkil edən katerin fəaliyyət göstərmək müddəti 72 saatdır.

Poliqon.az

CATEGORIES
TAGS