
Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TAI) pilotsuz uçuş aparatları (PUA) üçün mühərrik yaradılması işlərinə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “twitter” səhifəsində bildirilib.
2012-ci il dekabrın 27-də Müdafiə Sənayesi Katibliyi (SSM) ilə TAİ şirkəti arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən TAİ şirkəti yerli PUA-lar üçün turbodizel mühərik istehsal edəcək. TAİ-nin Mühərrik Sənayesi Zavodunda istehsal edilən mühərriklər 2019-cu ildə istismara təqdim olunacaq.
Məlumatda o da qeyd olunub ki, layihə çərçivəsində mühərriklər Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) tərəfindən uçuşa hazır və dizayn razılığı sertifakatı ilə təchiz olunacaq.



