Türkiyənin 2025-ci il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb

Türkiyənin 2025-ci il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb

Müdafiə Sənayesinə Dəstək Fonduna ayrılan resurs da daxil olmaqla, 2024-cü ildə Türkiyənin müdafiə və təhlükəsizlik sektoru üçün 1.6 trilyon TL (hazırkı məzənnə ilə 47 milyard ABŞ dolları) büdcə ayrılıb.

“Poliqon” xəbər verir ki, bunu 2025-cü il büdcə qanunu ilə bağlı keçirilən mətbuat konfransı zamanı Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz deyib.

O, müdafiə sənayesi ekosistemini gücləndirmək və sektorun xarici asılılığını minimuma endirmək məqsədi ilə hərəkət etdiklərini bildirib.

Qeyd edək ki, Türkiyədə müdafiə və təhlükəsizlik üçün ayrılan büdcə 2022-ci ildə 9.7 milyard, 2023 ildə 25.2 milyard və 2024-cü ildə 40.4 milyard ABŞ dolları təşkil edib.

CATEGORIES
TAGS