Türkiyənin müdafiə sənayesi şirkətləri ötən il 10 milyard dollarlıq ixrac müqavilələri imzalayıb

Türkiyənin müdafiə sənayesi şirkətləri ötən il 10 milyard dollarlıq ixrac müqavilələri imzalayıb

Türkiyənin müdafiə sənayesi şirkətləri 2023-cü ildə ümumi dəyəri 10.2 milyard ABŞ dolları olan ixrac müqavilələri imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

“Bu il başlayacağımız tədarüklərlə 2024-cü ildə və ondan sonrakı illərdə ixrac rəqəmlərimizi daha da artıraraq ölkəmizə yeni rekordlar qazandıracağıq. Döyüş meydanında özünü doğrultmuş, yüksək texnologiyaya sahib etibarlı məhsullarımızı dost və müttəfiq ölkələrlə bölüşməyə davam edəcəyik”, – deyə H.Görgün bildirib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru 5.5 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.

CATEGORIES
TAGS