SərgilərXəbərlər

TÜRKSAT ilə “Roketsan” arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

TÜRKSAT və “Roketsan” şirkətləri arasında peyk rabitəsi həlli xidmətlərinin alınması sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

“Poliqon” xəbər verir ki, sözügedən əməkdaşlığa dair müqaviləni SAHA 2026 sərgisində TÜRKSAT-ın baş direktoru Ahmet Hamdi Atalay və “Roketsan”ın baş direktoru Murat İkinci imzalayıblar.

A.H.Atalay “Roketsan” ilə həyata keçirdikləri bir çox layihənin mühüm mərhələsini bu gün imza altına aldıqlarını bildirib.

Murat İkinci isə TÜRKSAT kimi köklü bir qurumla əməkdaşlığın “Roketsan”ın müdafiə sənayesi sahəsindəki gücünə əlavə töhfə verəcəyini vurğulayıb.

Back to top button