
TUSAŞ 2022-ci ildə Azərbaycan Texniki Universitetində karyera sərgisi keçirəcək
Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkəti 2022-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) karyera sərgisi keçirəcək.
“Poliqon”un məlumatına görə, bu AzTU ilə TUSAŞ arasında imzalanan protokolda öz əksini tapıb.
Qeyd edək ki, Türkiyənin Ankara şəhərində AzTU ilə TUSAŞ arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ-ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akademiyasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıb.
CATEGORIES Xəbərlər