TUSAŞ gələn il MMU döyüş təyyarəsini anqardan çıxarmağı hədəfləyir

TUSAŞ gələn il MMU döyüş təyyarəsini anqardan çıxarmağı hədəfləyir

Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) şirkəti Bakıda keçirilən 4-cü ADEX sərgisində pilotsuz uçuş aparatlarını (PUA), helikopter, təlim və döyüş təyyarələrini nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, dünyanın 5-ci nəsil döyüş təyyarələri arasında yer alacaq MMU layihəsi üçün hissələrin istehsalı işlərini davam etdirən TUSAŞ, 18 Mart 2023-cü ildə təyyarənin mühərrikini işə salaraq anqardan çıxarmağı hədəfləyir.

TUSAŞ, Hərbi Hava Qüvvələrinə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək pilotların hazıranması üçün yeni nəsil HÜRKUŞ və HÜRJET təlim təyyarələrini təklif edir. Eyni zamanda şirkət HÜRKUŞ-un HYEU hava yer inteqrasiya təyyarəsi təmin edəcək versiyası üzərində də sınaq və sertifikatlaşdırma fəaliyyətlərini davam etdirir. TUSAŞ-ın hazırladığı ilk və yeni nəsil təlim təyyarəsi olan platforma EASA sertifikatı ilə dünyanın ən etibarlı təlim təyyarələri arasındadır.

HÜRKUŞ-un HYEU olaraq hazırlanmış versiyası aşağı istifadə dəyəri və qabaqcıl avionik sistemləri ilə yanaşı, Elektro-Optik / İnfraqırmızı (EO/İQ) kamerası, lazerlə idarə olunan və olunmayan təlim sursatları, habelə avto pilot inteqrasiyası sayəsində alternativ ssenarilər üzrə təlim tapşırıqlarını icra edə bilir.

Həmçinin şirkət ilk uçuşunu 18 mart 2023-cü ildə etməsi gözlənilən ATAK 2 layihəsi ilə bağlı işləri sürətlə aparır və ilk uçuşunu 18 mart 2023-cü ildə reallaşdıracaq HÜRJET-in birinci prototipinin montaj işlərini sona çatdırmaq üzrədir.

Türkiyənin helikopter sahəsində ilk ixracatını ATAK ilə həyata keçirən şirkət, artıq 75-ci ATAK helikopterini Silahlı Qüvvələrə təhvil verib. T129 ATAK Helikopteri döyüş meydanında özünü doğrultmuş platformadır. Faza-II versiyasında helikopterə elektron döyüş sistemləri inteqrasiya edilib ki, bu da onu xaricdən gələn təhlükələrə qarşı daha effektiv hala gətirib. ATAK yüksək manevr qabiliyyəti, isti havalarda və yüksək hündürlükdə gecə-gündüz işləyə bilməsi ilə rəqiblərindən fərqlənir. TUSAŞ şirkəti GÖKBEY-in seriyalı istehsalı ilə birlikdə, həm də test və sertifikatlaşdırma işlərinidə davam etdirir.

Şirkət pilotsuz uçuş aparatları sektorunda ANKA və AKSUNGUR PUA-ların istehsalı və çatdırılmasını davam etdirir. Platforma sahib olduğu baza stansiyası, mina aşkarlaya bilən SAR radarı, fasiləsiz rabitə əlaqəsi relesi, SATCOM peyk dəstəyi ilə əhəmiyyətli kəşfiyyat, müşahidə və aşkarlama missiyalarını yerinə yetirir. Silahlı versiyası ilə müxtəlif sursatları daşıya bilən ANKA və AKSUNGUR taktiki əməliyyatları da uğurla icra edir.

Peyk sahəsində istehsalla yanaşı qabaqcıl sınaq imkanları ilə də milli kosmos proqramına maksimum töhfə verən TUSAŞ, “Kosmik Sistemləri İnteqrasiya və Test Mərkəzi”-ndə Türkiyənin milli peyklərini yerli imkanlarla sınaqdan keçirməyə davam edir. Eyni zamanda, “Kosmik Sistemlər Mühəndisliyi Mərkəzi”ndə yeni nəsil peyk texnologiyaları ilə bağlı araşdırmalar aparan TUSAŞ, Argentinanın INVAP şirkəti ilə ortaq şəkildə qurduğu GSATCOM şirkəti vasitəsilə Türkiyənin ilk peyk ixracına imza atmağa hazırlaşır.

Poliqon.az

CATEGORIES
TAGS