TUSAŞ Pakistanla peyk sahəsində əməkdaşlığa başlayıb
Türkiyənin Aviasiya və Kosmik Sənayesi (TUSAŞ) şirkəti Pakistanın Kosmos və Yuxarı Tədqiqatlar Komissiyası (SUPARCO) ilə peyk sahəsində əməkdaşlığa dair saziş imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkətinin rəsmi “Tvitter” hesabında bildirilib.
Razılaşmaya əsasən, TUSAŞ və SUPARCO elektrik rabitə peykləri və müxtəlif kosmik layihələr üzərində birgə işləyəcəklər.
Qeyd edək ki, TUSAŞ şirkəti indiyədək “Small GEO”, GÖKTÜRK-1, GÖKTÜRK-2 və TÜRKSAT-6A peyklərinin hazırlanması fəaliyyətlərində aktiv iştirak edib. Şirkət hazırda GÖKTÜRK-3 və GÖKTÜRK-1 yeniləmə peykləri üzərində işləyir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər