Ukrayna 2020-ci il üzrə ixracat məlumatlarını BMT-yə təqdim edib

Ukrayna 2020-ci il üzrə ixracat məlumatlarını BMT-yə təqdim edib

BMT-nin Adi Silahlar Reyestrinin saytında Ukraynanın 2020-ci il ərzində həyata keçirdiyi silah ixracatı və idxalına dair məlumatlar yer alıb.

“Poliqon” xəbər verir ki, məlumatda Ukraynanın tank əleyhinə raket komplekslərinin, atıcı silahların və zirehli texnikaların ixracatı ənənəsini pozmadığı görünüb.

İxracat siyahısı aşağıdakı kimidir:

Yüngül silahlar (tank əleyhinə raket kompleksləri):

  • Banqladeş – 23 ədəd;
  • Çad – 53 ədəd;
  • Mərakeş – 124 ədəd;
  • Qətər – 51 ədəd.

Zirehli döyüş texnikaları:

  • İndoneziya – “Kozak-2” zirehli avtomobili – 2 ədəd
  • Uqanda – BTS-4 zirehli dartıcısı – 1 ədəd

Atıcı silahlar:

Tapancalar və revolverlər:

  • Polşa – 16 ədəd;
  • ABŞ – 10 ədəd.

Karbinlər və tüfənglər:

  • BƏƏ – 5 ədəd.

Tapança-pulemyotlar və yüngül pulemyotlar:

  • İndoneziya – 21 ədəd;
  • İsrail – 1 ədəd.

İdxal göstəriciləri:

Zirehli döyüş texnikaları:

  • Çexiya – BMP-1 piyadanın döyüş maşını – 37 ədəd;
  • Raketlər və raket buraxma qurğuları:
  • Qazaxstan – R-27 raketi – 3 ədəd;
  • Malaziya – R-27 raketi – 116 ədəd.

Atıcı silahlar:

Tapancalar və revolverlər:

  • Polşa – 100 ədəd;
  • ABŞ – 1964 ədəd;

Karbinlər və tüfənglər:

  • Türkiyə – 2023 ədəd;
  • ABŞ – 164 ədəd.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS