Ukrayna Almaniyadan mobil səhra hospitalları alır

Ukrayna Almaniyadan mobil səhra hospitalları alır

Ukraynanın Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkətinə “Role 2” tipli iki mobil səhra hospitalı sifariş edib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, sifarişin ümumi dəyəri təxminən 8 milyon avro təşkil edir.

Bildirilib ki, sifariş çərçivəsində mobil səhra hospitallarının 2023-cü ilin sonu və 2024-cü əvvəlində müştəriyə təhvil verilməsi planlaşdırılıb.

“Role 2” tipli mobil səhra hospitalı üç yük maşını, qoşqu və cəmi altı konteynerdən ibarətdir. Qısa zaman kəsiyində istismar üçün tam hazır hala gətirilən hospital, yerdəyişmə anında da asanlıqla başqa bölgəyə daşına bilir. Mobil səhra hospitalında döyüş meydanında yaralanan əsgərlər üzərində cəld şəkildə tibbi müdaxilələr aparılır. Ağır yaralanan xəstələrin vəziyyəti stabilləşdirildikdən sonra isə digər mərkəzi xəstəxanalara və ya stasionar müəssisələrə göndərilir.

Poliqon.az

CATEGORIES
TAGS