Ukrayna HHQ gələn ilin yazından F-16-lardan istifadə edə biləcək

Ukrayna HHQ gələn ilin yazından F-16-lardan istifadə edə biləcək

Gələn ilin yazından Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən F-16 qırıcılarının istifadə olunması gözlənilir.

“Poliqon” xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsi zamanı Ukraynanın müdafiə naziri Aleksey Reznikov söyləyib.

O bilbirib ki, ukraynalı pilotlar, mühəndislər və texniklər üçün təlim kurslarına başlanılıb. Həmçinin, ölkədə F-16 qırıcıları üçün infrastruktur hazırlanmalıdır.

“Bu, ən azı altı ay, bəlkə də bir az daha uzun sürməlidir”, – deyə Ukraynanın müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, hazırda Danimarka, Niderland və Norveç Ukraynaya F-16 verəcəklərini açıqlayıb.

CATEGORIES