DünyaRegionSənaye

Ukrayna “Kvitnik” korrektə olunan artilleriya mərmisinin istehsalını bərpa edib

Ukrayna “Kvitnik” korrektə olunan artilleriya mərmilərinin iki ildir dayanmış seriyalı istehsalını bərpa edib.

Bu barədə “AzeriDefence”yə açıqlamasında mərminin istehsalçısı olan “Proqress” Elmi İstehsalat Birliyi Dövlət Müəssisəsinin baş konstruktoru Nikolay Kloçko bildirib.

Kloçko 2014-cü ildə Rusiya ilə hərbi texniki əməkdaşlıq dayandıqdan sonra mərminin Rusiyada istehsal edilən bəzi elementlərinin tədarükünün dayandığını, lakin geridə qalan dövrdə Ukrayna tərəfinin bu problemi öz imkanları hesabına aradan qaldırdığını qeyd edib.

Müəssisə rəsmisi “Kvitnik” sursatının 152 mm və 155 mm kalibrlərdə istehsal edilə bildiyini, mərminin sovet istehsalı olan “Akasiya”, “Msta-S”, Çex istehsalı olan “Dana” özüyeriyən, habelə D-20 yedək, NATO ordularında istifadə edilən “Panther”, M-777 və digər 155 mm-lik haubitsalardan atıla bildiyini söyləyib.

Sursat yarı aktiv özütuşlanan lazer başlıq vasitəsilə ilə hədəfə yönəlir. Mərmi açıq arxitekturaya malikdir. Həm NATO standartlı,  həm də digər ölkələrin istehsalı olan lazer hədəf nöqtələyicilərlə istifadə oluna bilir.

Atışlar zamanı “Kvitnik” mərmisi rus “Krasnopol” idarə olunan mərmilərindən yaxşı nəticə göstərib.

“”Kvitnik” xarici analoqlarından həm dəqiqlik, həm etibarlılıq, həm də qiymətinin Rusiya, Almaniya, ABŞ istehsalı olan anoloji mərmilərdən dəfələrlə ucuz olması ilə fərqlənir. Hazırda mərmi Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Eyni zamanda ixrac istiqamətində işlər aparılır”, deyə N.Kloçko əlavə edib.

Back to top button