Xəbərlər

Ukrayna mühərrikləri “Akıncı” PUA-nı 11500 metr yüksəkliyə qaldırdı

Xəbər verdiyimiz kimi, “Baykar Makina” şirkətinin “Akıncı” pilotsuz uçuş aparatı (PUA) sınaqlar zamanı Türkiyə aviasiya tarixinin hündürlük rekordunu qırıb.

“Poliqon”un məlumatına görə, Ukraynanın “İvchenko-Progress” Dövlət Müəssisəsi tərəfindən hazırlanmış və Türkiyəyə gətirilən AI-450 mühərrikləri “Akıncı” pilotsuz uçuş aparatını 11500 metr yüksəkliyə qaldırıb.

Xatırladaq ki, “Akıncı” PUA, daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5.5 tondur.

20 m qanad açıqlığı ilə, hər biri 200 at (150 kVt) və ya 750 at (560 kVt) gücünə malik daha iki mühərriklə konfiqurasiya ediləcək şəkildə layihələndirilmişdir.

Əhəd Əzizov

Back to top button