Xəbərlər

Ukrayna və Bolqarıstan birgə 160 mm-lik minaların yaradılmasını planlaşdırır

Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə daxil olan “Mayak zavodu” Bolqarıstanın “Arsenal JSCo” şirkəti ilə birlikdə 160 mm-lik minaların yaradılmasını və istehsalını həyata keçirməyi planlaşdırır.

“Poliqon”un məlumatına görə, bu minalar SSRİ istehsalı 160 mm-lik M-160 minaatanlarında tətbiq edilmək üçün təyin olunub.

Belə minaatanların bir qismi həm Ukraynada, həm də Şərqi Avropa ordularının anbarlarında saxlanmaqdadır.

Həmçinin, “Mayak zavodu”nun mütəxəssisləri gələcəkdə 160 mm-lik M-160 minaatanlarının təkmilləşdirilməsi və onlar üçün yeni döyüş sursatlarının istehsalı ilə bağlı konsepsiya hazırlayıb və bu da ayrı-ayrı Avropa istehsalçılarına, silah bazarı operatorlarına təqdim edilib.

Layihə çərçivəsində “Mayak zavodu” 160 mm-lik minaatan minasının yaradıcısı və istehsalçısı kimi çıxış edir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button