
Ukraynalı hərbçilərin növbəti qrupu AS90 ÖAQ-la bağlı təlimlərini tamamlayıb
Ukraynalı hərbçilərdən ibarət növbəti qrup 155 mm-lik AS90 özüyeriyən artilleriya qurğusu (ÖAQ) ilə bağlı təlimlərini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniya Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kursun tamamlanması münasibəti ilə ukraynalı hərbçilər İngiltərənin cənubundakı bir yerdə canlı atəş təlimini icra edib.
Üç həftə davam edən kurs ərzində ukraynalı hərbi qulluqçulara Kral Artilleriya Məktəbinin (RSA – Royal School of Artillery) təlimatçıları tərəfindən xüsusi təlimlər keçirilib.
Qeyd edək ki, 2022-ci ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Böyük Britaniya öz Ordusunun inventarından 32 ədəd AS90 ÖAQ-ı hərbi yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə bağışlayıb.
CATEGORIES Dünya
TAGS AS90