Ukraynanın əlavə “Patriot”lara ehtiyacı var

Ukraynanın əlavə “Patriot”lara ehtiyacı var

Ukraynanın 50 ədəd “Patriot” zenit-raket kompleksinə (ZRK) ehtiyacı var.

“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın prezidenti Vladimir Zelenski “The Wall Street Journal” nəşrinə müsahibəsi zamanı deyib.

Sözügedən ZRK-ləri yüksək səviyyədə qiymətləndirən Ukrayna prezidenti bildirib ki, Rusiyanı on milyonlarla insanı qorxutmaq imkanından məhrum edən yeganə silah “Patriot”lardır: “Reallıq budur ki, 50 ədəd “Patriot” ZRK əksər hallarda insanların ölməsinin qarşısını alacaq”.

Poliqon.az

CATEGORIES
TAGS