“Ukroboronprom” 122 mm-lik artilleriya mərmilərini Ukrayna Ordusuna təhvil verib
“Ukroboronprom” Dövlət Konserni 125 mm-lik tank mərmilərinin ardınca 122 mm-lik artilleriya sursatlarının da növbəti partiyasını Ukrayna Ordusuna təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” Dövlət Konserni məlumat yayıb.
Qeyd edək ki, “Ukroboronprom” tərəfindən təhvil verilən 122 mm-lik mərmilər Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölmələrinin D-30 yedəyə alınan haubitsaları (maksimum atəş məsafəsi – 15400 m) və 2C1 “Qvozdika” özüyeriyən haubitsaları (maksimum atəş məsafəsi – 15200 m) tərəfindən istifadə olunur.
Bu artilleriya mərmiləri 120 mm-lik minaatan və 125 mm-lik tank sursatlarından sonra ukraynalı mütəxəssislərin iştirakı ilə yerli texnologiya əsasında ölkə xaricindəki müəssisələrdə istehsal edilən üçüncü sursatdır.
Hazırda Ukrayna müdafiə sənayesi tərəfindən 125 mm-lik tank, 82 və 120 mm-lik minaatan, eləcə də 122 və 152 mm-lik artilleriya mərmiləri istehsal edilir.