
“Vestel Savunma” şirkəti “Karayel” pilotsuz uçuş aparatının (PUA) silahlı versiyası olan “Karayel-SU”nu İDEF-2017 beynlxalq müdafiə sərgisində tanıdıb.
“AzeriDefence”nin məlumatına görə, “Vestel Savunma”nın türk mühəndislərin iştirakı və milli imkanlar hesabına hazırladığı “Karayel-SU” PUA-sı müvafiq qurumların tələbi ilə istehsal edilib və təxminən 3 aya qədər qısa müddətdə PUA-na sursat inteqrasiyası tamamlanıb və ötən ilin iyun ayında atışlı uçuşunu uğurla gerçəkləşdirib.
Bu nəticələrin davamı olaraq “Karayel”in daha artıq faydalı yük daşıması üçün qanad açıqlığı artırılıb. PUA-na hər biri 30 kiloqram yük götürən daha iki silah asması əlavə olunmaqla, faalı yükü 4 silah staniyasında ümumilikdə 120 kiloqrama çatdırılıb.
Qanadlardakı silah asmaları mobil dizayna malik olub sursatlarla yanaşı frqli yüklər daşıya biləcək qabiliyyətə sahibdir.
Sərgidə nümayiş etdirilən “Karayel-SU” müxtəlif ölkələrdən ziyarətçilərin böyük marağına səbəb olub.



