Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub

Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib. Namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb və yüksək nəticə göstərənlər xidmətə qəbul olunub.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçulara xidməti vəsiqələri təqdim edilib, müəyyən tapşırıq və tövsiyələr çatdırılıb.

Onlardan 4 nəfərə leytenant ilk hərbi rütbəsi verilməklə, 1 nəfər isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi ilə xidmətə qəbul edilib.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin avqust və oktyabr aylarında da Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub. Onlar ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən Xidmətin struktur bölmələrində xidmət aparırlar.

Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

CATEGORIES