“Vortex Optics” şirkəti ABŞ Ordusu üçün XM157 nişangahı istehsal edəcək

“Vortex Optics” şirkəti ABŞ Ordusu üçün XM157 nişangahı istehsal edəcək

ABŞ Ordusu “Vortex Optics” şirkəti ilə perspektiv hücum tüfəngləri və pulemyotlar üçün “ağıllı” XM157 nişangahlarının tədarükü barədə müqavilə imzaladığını açıqlayıb.

Bu barədə “Poliqon” ABŞ Ordusunun mətbuat xidmətinə istinadən məlumat verib.

NGSW-FC (Next Generation Squad Weapons Fire Control) proqramının bir hissəsi olaraq, imzalanmış müqavilə əsasında “Vortex Optics” irəlidəki on il ərzində 250.000 dəstə qədər XM157 nişangahı təmin edəcək. Sövdələşmənin potensial dəyəri 2,7 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Nişangah dəyişən yaxınlaşdırmalı optika, quraşdırılmış məsafəölçən, ballistik kalkulyator, atmosfer göstəriciləri sensoru, lazer hədəfişıqlandırıcı və digər alt sistemlərlə təchiz edilib.

Eyni zamanda məlumatda NGSW tenderinin qalibinin yaxın aylarda açıqlanacağı da bildirilir. Keçən ilin noyabrında məlum olub ki, “AAI Textron” şirkəti müsabiqədən çıxıb və “True Velocity” şirkətindən döyüş sursatı olan “LoneStar Future Weapons” şirkətinin (əvvəllər General Dynamics) RM277 ilə, eləcə də “SIG Sauer” şirkətinin isə MG6.8 döyüş sursatlı SPEAR ilə qələbə uğrunda mübarizə aparacağı məlum olub (həmçinin bax: ABŞ Ordusu perspektiv silahların təchizatına hazırlaşır).

Nisangah1

XM157 nişangahı

Nisangah2

NGSW tenderinin iştirakçıları

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS