VURAL kompleksinin son partiyası Türkiyə Ordusuna təhvil verilib – VİDEO
ASELSAN şirkəti tərəfindən istehsal edilən VURAL radioelektron mübarizə kompleksinin son partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir rəsmi “Twitter” hesabında bildirib.
SSB başqanı İmail Dəmir milli proqram təminatı və avadanlıqla təchiz edilən VURAL kompleksinin Türkiyə Ordusunun elektron müharibə gücünə mühüm töhfə verəcəyini deyib.
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı ilə ASELSAN arasında imzalanan müqavilə çərçivəsində hazırlanan VURAL kompleksi əsasən düşmən radarlarını aldatmaq üçün istifadə olunacaq.
Qeyd edək ki, VURAL radioelektron mübarizə kompleksinin tədarükü Radar Elektron Dəstək / Elektron Hücum (REDET-II) Layihəsi çərçivəsində həyata keçirilib.
Rizvan Fikrətoğlu