Xəbərlər

Xəzər Dənizində Qazaxıstan və Rusiya HDQ-nin birgə təlimləri keçirilib

2021-ci il mayın 19-25-də Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin və Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının birgə təlimləri keçirilib.

“Poliqon” xəbər verir ki, təlimlərin məqsədi Xəzər dənizinin şimal hissəsində yerləşən iqtisadiyyat fəaliyyəti obyektlərin mühafizəsi olub.

Qazaxıstan Silahlı Qüvvələri tərəfindən Hərbi Dəniz Qüvvələri baş komandanlığının operativ idarəetmə qrupu, hərbi dəniz bazasının bölməsi, “Oral” və “Manqıstau” raket-artilleriya gəmilərin, “Jayık” hidroqrafiya gəmisinin ekipajları iştirak edib. Bundan başqa, hücum aviasiyanın təyyarələri və ordu aviasiyanın helikopterləri də təlimlərə cəlb olunub.

Birgə təlimlərə Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin baş komandanı, kontr-admiral Saken Bekjanov rəhbərlik edib.

Təlim zamanı iki ölkənin dənizçiləri Qazaxıstanın və Rusiyanın Xəzər dənizi akvatoriyalarında yerləşən dəniz poliqonlarda təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Xüsusilə, iqtisadi fəaliyyət obyektlərinin mühafizəsi və müdafiəsi taprşırıqları yerinə yetirilib, döyüş hərəkətlərin yeni formaları və həyata keçirilmə üsulları mənimsənilib. Gəmilərin ekipajları şərti hava düşməninin hücumuna qarşı tədbirlər kompleksini, hava və dəniz nişanlara artilleriya zərbələrin endirilməsi, həmçinin, şərti olaraq qəza vəziyyətinə düşən gəmiyə yardım göstərilməsi tapşırıqları həyata keçiriblər.

Poliqon.az

 

Back to top button