“Xəzri-2023” birgə taktiki təlimində bir sıra tapşırıqlar icra olunub – VİDEO

“Xəzri-2023” birgə taktiki təlimində bir sıra tapşırıqlar icra olunub – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.

“Xəzri-2023” birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə  İran HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

CATEGORIES