Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər – VİDEO

Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər – VİDEO

Martın 23-də Pakistanın paytaxtı İslamabad şəhərində Pakistan Günü münasibətilə hərbi parad keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycanın Pakistandakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.

CATEGORIES
TAGS