Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər hədəfə alınmır – VİDEO

Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər hədəfə alınmır – VİDEO

Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

“Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda,Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar”, – deyə A.Eyvazov qeyd edib.

CATEGORIES