Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni mətbuat katibi təyin olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni mətbuat katibi təyin olunub

23 dekabr tarixində Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yeni təyin olunmuş mətbuat katibi KİV nümayəndələrinə təqdim olunub.

“Poliqon” bildirir ki, təqdimat mərasimində yeni təyin olunmuş mətbuat katibi Saidə Əhmədova KİV nümayəndələrinə  Xidmətdə yeni yaradılan mətbuat katibliyinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov xidmətin fəaliyyəti istiqamətləri, vəzifələri və səlahiyyətləri ilə bağlı təqdimatla çıxış etmiş və KİV nümayəndələrinin suallarını ətraflı cavablandırıb.

Poliqon.az

CATEGORIES