Yeni 2S19M1 “Msta-S” ÖAQ-lar Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

Yeni 2S19M1 “Msta-S” ÖAQ-lar Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

2023-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində “Rostex” Dövlət Korporasiyası 155 mm-lik yeni 2S19M1 “Msta-S” özüyeriyən artilleriya qurğularının (ÖAQ) ilk partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.

Bildirilib ki, “Msta-S”in təkmilləşdirilmiş versiyası olan 155 mm-lik 2S19M1, avtomatlaşdırılmış istiqamətləndirmə və atəşi idarəetmə sistemi (ASUNO) ilə təchiz edilib. Bu da “Msta-S”ə sutka ərzində və istənilən hava şəraitində hədəflərə atəş açmaq imkanı verib.

ÖAQ-ların çatdırılması ilə bağlı fikirlərini bölüşən “Rostex”in Silah, Sursat və Xüsusi Kimyəvi Maddələr Klasterinin sənaye direktoru Bekxan Ozdoyev qeyd edib ki, “Msta-S” qoşunlar tərəfindən tələbat görən effektiv və müasir texnikadır: “Qoşunlara göndərilməzdən əvvəl bütün ÖAQ-lar poliqonda yürüş və atış sınaqlarından, eləcə də zavod və sifarişçinin qəbul sınaqlarından keçib. İndi haubitsalar yük maşınlarına yüklənib və daimi yerləşmə yerlərinə göndərilib”.

Poliqon.az

CATEGORIES
TAGS